İran tennisinin beynəlxalq uğuru
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i386296-İran_tennisinin_beynəlxalq_uğuru
İran tennisinin nümayəndələri tennis üzrə dünya çempionatının ilkin seçmə turnirində üçüncü qələbə ilə yarımfinala vəsiqə qazanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2022 10:35 Asia/Baku
  • İran tennisi
    İran tennisi

İran tennisinin nümayəndələri tennis üzrə dünya çempionatının ilkin seçmə turnirində üçüncü qələbə ilə yarımfinala vəsiqə qazanıblar.

SəhərAzəri-nin məlumatına əsasən, İranın tennis üzrə yığma komandası Şri-Lankada, tennis üzrə dünya çempionatının ilkin seçmə yarışlarının davamında Malayziya və Nepal komandalarına qalib gəlib.

Fərdi bölmənin ilk görüşündə İran nümayəndəsi Əmir Əli Qəvvam malayziyalı tennisçiyə qalib gəlib. İkinci görüşdə isə digər iranlı tennisçi- Kəsra Rəhmani rəqibini məğlub edib.

Komanda bölməsində Kəsra Rahmani və Sam Pazuki ikinəfərli Malayziya komandasına məğlub olsa da, İranın oğlanlardan ibarət komandası iki-bir ümumi hesabı ilə yarımfinala vəsiqə qazanıb.

Qızlar bölməsində də İranın on altı yaşından aşağı komandası Nepal yığması ilə görüşüb.

Fərdi bölmənin ilk görüşündə İran nümayəndəsi Nili Ətfi nepallı rəqibini məğlub edib. İkinci matçda Mandeqar Fərzami asanlıqla Ayşa Qurunqu qarşısından götürüb.

İranın ikinəfərli komandasında Mandeqar Fərzami və Mehranə Zohurian rəqib komandasının öhdəsindən gələ bilib və oyun İran komandasının xeyrinə başa çatıb.