Tədqiqatçılar dezinfeksiyaedici məhsullar barədə xəbərdarlıq edirlər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i386669-tədqiqatçılar_dezinfeksiyaedici_məhsullar_barədə_xəbərdarlıq_edirlər
Tədqiqatçılar yuyucu və dezinfeksiyaedici maddələrin çirkli olması və onların sağlamlıq riskləri barədə xəbərdarlıq edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2022 17:12 Asia/Baku
  • dezinfeksiyaedici məhsullar
    dezinfeksiyaedici məhsullar

Tədqiqatçılar yuyucu və dezinfeksiyaedici maddələrin çirkli olması və onların sağlamlıq riskləri barədə xəbərdarlıq edirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Bir araşdırmanın nəticələri göstərir ki, təmizləyici məhsullar insanları avtomobilin egzozu ilə eyni dərəcədə çirkləndirici hissəciklərə məruz qoya bilər.

Təmizləyici məhsullar son iki ildə hər zamankından daha çox istifadə olunublar, lakin yeni bir araşdırma onların istifadəsinin sağlamlıq riski ola biləcəyini göstərir.

Araşdırmaya rəhbərlik edən amerikalı tədqiqatçılar aşkar ediblər ki, qapalı səthləri sanitarlaşdırmaq üçün kommersiya təmizləyiciləri, kiçik çirkləndirici hissəcikləri, nəqliyyat vasitələrinin aerozollarına bərabər və ya daha yüksək sürətlə insanın tənəffüs yollarına daxil edə bilərlər.

Yeni tapıntılar, Covid-19 pandemiyası zamanı dezinfeksiyaedici spreylərlə çox işləyən insanlara təsir göstərə bilər.

Bəzi işçilər SARS-CoV-2-nin ötürülməsinin qarşısını almaq üçün bütün iş günlərini ofislərdə səthləri tez-tez təmizləməklə keçirirlər.