İran üzgüçüləri dünya çempionatının finalında
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i386866-İran_üzgüçüləri_dünya_çempionatının_finalında
Üzgüçülük üzrə 2022-ci il İtaliya dünya çempionatında İran təmsilçiləri Şahin İzədyar və Sina Zeyğəminejad brass üsulu ilə yüz metr məsafəyə üzgüçülük yarışının final mərhələsinə çıxıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 13, 2022 08:29 Asia/Baku
  •  üzgüçülər
    üzgüçülər

Üzgüçülük üzrə 2022-ci il İtaliya dünya çempionatında İran təmsilçiləri Şahin İzədyar və Sina Zeyğəminejad brass üsulu ilə yüz metr məsafəyə üzgüçülük yarışının final mərhələsinə çıxıblar.

SəhərAzəri-nin məlumatına əsasən,İzədyar “S10” bölməsində bir dəqiqə, on iki tam yüzdə otuz bir saniyə ilə 856 xal toplayıb və üçüncü olubdur.

İranın bu bölmədəki digər nümayəndəsi- Sina Zeyğəminejad bir dəqiqə, on üç tam yüzdə dörd saniyə ilə 838 xal toplayıb və dördüncü yerdə durubdur. İranı təmsil edən hər iki üzgüçü finala vəsiqə qazanıb.

Martın on birindən İtaliyanın Linyano-Sabbyadoro şəhərində qırx iki ölkədən dörd yüz on bir üzgüçünün iştirakı ilə keçirilən turnir martın on üçündə qaliblərin müəyyən edilməsi ilə başa çatacaq.