«Çelsi» AÇL-in növbəti mərhələsinə vəsiqə qazanıb
Mart 17, 2022 10:43 Asia/Baku
Avropa Çempionlar Liqasının səkkizdə bir final oyunlarının qayıdış mərhələsnin sonuncu həftəsində rəqiblərinə qalib gələn «Çelsi» və «Vilyarreal» səkkiz üstün komanda sırasına yüksəliblər.
SəhərAzəri-nin məlumatına əsasən,Avropa Çempionlar Liqasının səkkizdə bir final mərhələsinin ikinci həftəsinin ikinci gecəsində İngiltərənin «Çelsi» futbol klubuna ev sahibliyi edən Fransanın «Lill» klubu iki-bir hesabı ilə öz qonağına məğlub olub.
İki komandanın ilk görüşü iki-sıfır hesabı ilə «Çelsi»nin xeyrinə qurtarmışdı. Beləliklə, İngiltərə klubu ümumilikdə dörd-bir hesabı ilə növbəti etapa vəsiqə qazanıb.