İran qadınlarının idmanında əsrin sonuncu qızılı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i387151-İran_qadınlarının_idmanında_əsrin_sonuncu_qızılı
Kuraş güləşi üzrə ağır çəki dərəcəsində mübarizə aparan İran milli komandasının üzvü Fatimə Bərməki 1400-cü günəş ilində İran qadınlarının idmanında sonuncu qızılı öz adına qeydə aldırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 21, 2022 08:15 Asia/Baku
  • İran qadınlarının idmanında əsrin sonuncu qızılı

Kuraş güləşi üzrə ağır çəki dərəcəsində mübarizə aparan İran milli komandasının üzvü Fatimə Bərməki 1400-cü günəş ilində İran qadınlarının idmanında sonuncu qızılı öz adına qeydə aldırıb.

Tacikistanda keçirilən kuraş üzrə Asiya çempionatının ikinci günündə Fatimə Bərməki 87 kiloqramdan yuxarı çəki dərəcəsində bu gün axşam bütün rəqiblərini məğlub etməklə finala çıxdı.

Finalda Vyetnam təmsilçisinə qalib gələn İran milli komandasının bu üzvü inamla çempionluq piləsində dayandı.

Bərməkinin qızılı İran qadınlarının idmanında cari ilin son saatlarında əldə olunan 1400-cü günəş ilinin və əsrin sonuncu qızılıdır.