"Real Madrid" "Barselona" qarşısında təhqir olundu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i387154-real_madrid_barselona_qarşısında_təhqir_olundu
La Liqa yarışlarında Barselona El Klasiko-da böyük hünər göstərib, "Real Madrid" üzərində tarixi qələbə qazandı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 21, 2022 10:21 Asia/Baku

La Liqa yarışlarında Barselona El Klasiko-da böyük hünər göstərib, "Real Madrid" üzərində tarixi qələbə qazandı.

La Liqa-nın 29-cu həftəsində "Real Madrid" və "Barselona" qarşılaşdı ki, dünya daha bir El Klasiko-nun şahidi olmuş olsun.

"Barselona" yarış cədvəlinə başçılıq edən "Real Madrid"dən on beş xal geri qalsa da, heyrətləndirici bir oyun və nəticə göstərib, tarixi/ dörd-sıfır hesabı ilə qələbə qazanmağa müvəffəq oldu.

"Barselona"nın qollarını Obameyanq 29 və 51, Torres 47 və Arauxo 38-ci dəqiqələrdə vurublar.

Bu qələbə ilə 54 xal toplayıb, «Atletiko Madrid»i arxada qoyan Xavinin yetirmələri yarış cədvəlinin üçüncü pilləsinə yiyələniblər.

"Real Madrid" 66 xalla La Liqa cədvəlinə başçılıq edir. "Sevilya" isə 57 xalla ikincidir.

“Barselona”nın təxirə salınmış bir oyunu vardır ki, əgər onu qələbə ilə başa vura bilərsə, “Real”la xal fərqini doqquz xal azalda bilər.