İran avarçəkənləri daha üç qızıl medal əldə ediblər
İran nümayəndələri sakit sularda avarçəkmə üzrə Asiya çempionatının ilk günündə kişilərin komanda bölməsində iki, qadınlar bölməsində isə bir qızıl medal əldə ediblər.
Sakit sular və parakano üzrə Asiya çempionatı dünən Tailandın Patayya şəhərində başlanıb. İranın 19 nümayəndəsi bu yarışlarda iştirak edir.
Yarışların davamında İranın kişilərdən ibarət dördnəfərlik kayak komandası min metr məsafəyə yarışda qızıl medal qazanıb. Komandamızın tərkibinə Purya Şərifi, Əli Ağamirzayi, Əmin Budaği və Peyman Qəvidel daxil idi.
Bu yarışda Özbəkistan, Qazaxıstan, İndoneziya, Hindistan, Tailand və Qırğızıstan komandaları ikincidən yeddinciyədək olan yerləri tutublar.
Elnaz Şəfiiyan da birnəfərlik kayakda qadınların min metr məsafəyə yarışında qızıl medal sahibi olub.
Bu yarışda Özbəkistan, Qazaxıstan və Tailand nümayəndələri ikincidən dördüncüyədək olan yerləri tutublar.
İranın ikinəfərlik kanoe komandası da Adil Mocəlləli və Şahu Nasiri tərkibi ilə Asiya birincisi olub.
Bu yarışda Qazaxıstan, Özbəkistan, İndoneziya və Tailand avarçəkənləri sonrakı yerlərdə durublar.