İran beş qitəyə nanotexnologiya məhsulları ixrac edir
-
nanotexnologiya
İranın 15-dən çox sənaye sahəsində yerli texnologiyalar əsaslanan doqquz yüz on beş adda nano-məhsul istehsal edilir və bazara çıxarılır.
SəhərAzəri-nin məlumatına əsasən, İranda ötən günəş ilində biliyə əsaslanan şirkətlər tərəfindən 15-dən çox sənaye sahəsində doqquz yüz on beş adda nanotexnologiya məhsulu istehsal edilərək, bazarlara göndərilib.
Son illərdə nano-məhsuların ixrac proqramlarının genişləndirilməsi və onlar üçün Çin, Hindistan, İndoneziya, Suriya, Türkiyə və İraqda ixrac bazaların yaradılması İranın nanotexnologiya mallarının, avadanlıqlarının və xidmətlərinin dünya bazarlarına çıxmasına imkan yaradıb. Belə ki, hazırda İran beş qitənin 49 ölkəsinə nanotexnologiya məhsulları ixrac edir.
İranda istehsal olunan nano-məhsullarının 42 faizi tikinti, 17 faizdən çoxu neft, qaz və neft-kimya, 13 faizi avtomobil, 10 faizdən çoxu isə optoelektronika sahəsinə aiddir.
Hazırda İran nano məqalə nəşrinə görə dünyada dördüncü yerdədir və bu nailiyyət biliyə əsaslanan və texnologiya şirkətlərinin səylərinin nəticəsidir.