İranın dünya çempionatındakı mövqeyi müəyyənləşib
-
İran
Portuqaliya və Seneqalın milli futbol komandalarının Dünya Çempionatına yüksəlməsi ilə İranın Qətərdəki mundialdakı mövqeyi bəlli olub.
SəhərAzəri-nin məlumatına əsasən, Portuqaliya və Seneqal milli komandaları seçmə mərhələsində qalib gələrək, Qətərədə keçiriləcək, Dünya Çempionatına vəsiqə qazanıblar.
Bu komandaların yüksəlişi ilə ikinci səbətdə yer almağa ümid edən İran millisi qəti şəkildə üçüncü səbətdə qərarlaşıb.
Portuqaliya Şimali Makedoniya üzərində qələbə qazanaraq turnir cədvəlində birinci olub və Danimarka ikinci yerə çıxıb.
Əlbəttə yekun reytinqi FİFA aprelin 10-da açıqlayacaq, lakin təxmini səbətlər belə ola bilər:
1-ci səbət: Qətər, Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya
2-ci səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, İsveçrə, Uruqvay, Xorvatiya
3-cü səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis
4-cü səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, Ukrayna/Şotlandiya/Uels, Avstraliya/BƏƏ/Peru, Solomon adaları/Yeni Zelandiya/Kosta-Rika
Meksika dünya çempionatına birbaşa yüksəlməsə, Seneqal millisi ikinci səbətdə olacaq.
Beləliklədə İran millisi dünya sıralamasında 21-ci yerdə olmaqla qəti şəkildə üçüncü səbətdə yer alacaq.
Dünya çempionatının püşkatma mərasimi aprelin 1-də keçiriləcək.