Yunan-roma güləşi üzrə Asiya Çempionatı: Əlizadə Asiya çempionu oldu
Apr 20, 2022 07:50 Asia/Baku
İranın güləş üzrə yığma komandasının 87 kiloqram çəki dərəcəsində çıxış edən yunan-roma güləşçisi “Nasir Əlizadə” Asiya çempionatı yarışlarında bu çəki dərəcəsində final görüşündə Özbəkistandan olan rəqibinə qalib gələrək, qızıl medal qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Monqolustanın paytaxtı Ulan-Bator şəhərində başlanan yuxarı yaş qrupunda güləş üzrə Asiya Çempionatı aprelin 24-dək davam edəcək.
İRNA-nın məlumatına görə, Monqolustanın Ulan-Bator şəhərində yunan-roma güləşi üzrə Asiya çempionatının ilk beş çəki yarışları dünən başa çatıb.
"İman Məhəmmədi" və "Arif Həbibullahi" də müvafiq olaraq, 63 və 77 kiloqram çəki dərəcələrində 2 bürünc medal qazanıblar.
İkinci beş çəki üzrə yarışlar isə bu gün keçiriləcək.