İranda yeni texnoloji nailiyyət
İran İslam Respublikası bir startap şirkətin ciddi-cəhdi və tam yerli biliklə kriptovalyuta üzrə bankomat və pos aparatları istehsal etməyə müvəffəq olub.
SəhərAzəri-nin məlumatına əsasən, Bu startap şirkətin sədr müavini Əli Pakbaxteqan-Zəncani İran-Press-lə eksklüziv müsahibədə deyib: Hal-hazırda İranda xarici analoqundan ucuz başa gələn bu aparatların ilkin nümunəsi mövcuddur və bir çox ölkə onu satın almaq istəyir.
Son illər kriptovalyutalardan istifadənin inkişaf etməkdə olan gedişatına toxunan Pakbaxteqan-Zəncani əlavə edib: Bu fürsət valyutanın ölkədən çıxmasının qarşısının alınmasına zəmin yaradıb, iqtisadi inkişafa kömək edəcək.
Startap şirkətin sədr müavini kriptovalyutaların istehsalı üzrə maynerlər tərəfindən elektrik enerjisinin çox istifadə olunmasına dair sualın cavabında deyib: Elektrik ixracatını məhdudlaşdırmaqla elektrik enerjisini valyuta istehsalına sərf edə bilərik ki, bu məsələ sanksiyalar şəraitində problemləri həlledəndir, çünki daha kağız pul almağa ehtiyac yoxdur.