İngiltərə futbolunda tarixi hadisə
May 03, 2022 13:56 Asia/Baku
İngiltərə futbolu tarixində ilk dəfə olaraq, uzun keçmişə malik olan «Bləkbörn Rovers» klubu Fitr bayramı namazı qılmaları üçün müsəlmanlara ev sahibliyi edib.
Üç minə yaxın müsəlman Fitr bayramı namazını camaat namazı kimi qılmaq üçün İngiltərə futbolu tarixində ilk dəfə olaraq, stadiona daxil olub.
«Bləkbörn Rovers» klubu bu gözəl tədbir barədə yazıb: Stadionda tarixi bir gün yaşadıq.
Klubun icraçı direktoru deyib: Məncə, bu hadisə futbol tarixində olduqca mühüm və təsiredici bir andır. Bu hadisə nəinki Bləkbörn üçün, həm də bütün futbol üçün böyük önəmə malikdir.