İran nano sahəsində beş öncül ölkə arasındadır
BMT-nin iqtisadi komissiyası bir məlumatda bildirib ki, İran nano üzrə elmi nailiyyətlərin istiqamətlənməsi və keyfiyyətində qabaqcıl ölkələrdən sayılır.
İranın nano elminin istehsalı sahəsində dünyanın ilk beş ölkəsi arasında qərarlaşması İranda texnologiya və innovasiya ekosisteminin formalaşmasının diqqətəlayiq nailiyyətlərindən biridir və bu, beynəlxalq araşdırma ilə öz təsdiqini tapıbdır.
Bu beynəlxalq araşdırma "Meydana gəlməkdə olan texnologiya sahələri üzərində təmərküzləşmə" adı altında yeni göstərici əsasında ölkələri və elm və texnologiya müəssisələrini müqayisə edir.
Bu meyar göstərir ki, İran nəinki nano elmi istehsalı cəhətdən dünyada beşinci yerdə gedir, həm də digər dörd inkişaf etmiş ölkə ilə yanaşı, öz diqqətini daha çox elm və texnologiyanın ən yeni yaranan və ən qabaqcıl sahələrinə yönəldibdir.
Bu meyara əsasən, Çin böyük bir fərqlə öndə gedir. ABŞ, Cənubi Koreya, Hindistan və İran bir-birilərindən az bir fərqlə ikincidən beşinciyədək olan yerlərdə qərarlaşıblar.