"Real Madrid" finala yüksəldi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i388795-real_madrid_finala_yüksəldi
"Mançester Siti" futbol klubuna qalib gələn "Real Madrid" klubu UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2022 11:00 Asia/Baku
  • Real Madrid
    Real Madrid

"Mançester Siti" futbol klubuna qalib gələn "Real Madrid" klubu UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Dünən gecə yarışların çox iftixarlı komandası olan İspaniyanın "Real Madrid" klubu yarımfinal mərhələsinin ikinci cavab oyununda «Santyaqo Bernabeu» stadionunda İngiltərənin “Mançester Siti” klubunu qəbul edib.

"Mançester Siti"ni 3:1 hesabı ilə məğlub edən "Real Madrid" ümumilikdə 6:5 hesabı ilə finala vəsiqə qazanıb.

Komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda İngiltərə klubu 4:3 hesablı qələbə qazanmışdı.

Bundan öncə İspaniyanın «Vilyarreal» klubunu məğlub edən İngiltərənin «Liverpul» klubu finala yüksəlmişdi.

UEFA Çempionlar Liqasının cari mövsümünün finalı mayın 28-də Paris şəhərinin «Стад де Франс» stadionunda “Real” və “Liverpul” komandaları arasında keçiriləcək.