İranın güləş yığması Bolqarıstan turnirində 3 medal qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i389075-İranın_güləş_yığması_bolqarıstan_turnirində_3_medal_qazanıb
İranlı yunan-Roma güləşçiləri cümə günü Bolqarıstanda keçirilən Beynəlxalq Petro Sirakov yarışlarında üç medal qazanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2022 10:34 Asia/Baku
  • İranın güləş yığması Bolqarıstan turnirində 3 medal qazanıb

İranlı yunan-Roma güləşçiləri cümə günü Bolqarıstanda keçirilən Beynəlxalq Petro Sirakov yarışlarında üç medal qazanıblar.

SəhərAzəri-nin məlumatına əsasən, 23 yaşadək güləşçilər arasında Petko Sirakov və İvan İliyev  beynəlxalq güləş kuboku üç sərbəst, yunan-roma və qadınlar bölməsində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilir. 

İran təmsilçiləri bu turnirdə üç medal qazanıblar. 

Yarışların birinci və ikinci gününün sonunda Məhəmməd Rza Rüstəmi rəqibləri üzərində qələbə qazanaraq, finala çıxıb və final görüşündə türkiyəli "Abdullah Topark"ı məğlub edərək, qızıl medal sahibi olub.

İkinci günün seçmə oyunlarında da Həmid Rza Badkan finala yüksəlib və final görüşündə türkiyəli güləşçi Sarıçiçək Mohotin  ilə qarşılaşacaq.

Həmçinin Mürtəza Əl-Qousi gümüş, Əlirza Həsənvənd isə bürünc medal qazanıblar.