May 15, 2022 11:43 Asia/Baku
  • İranın sərbəst güləşçiləri 8 medal əldə ediblər

İranın sərbəst güləş komandası eşitmə qabliyyəti olmayan idmançıların Braziliyada keçirilən 24-cü olimpiya oyunlarında öz işini başa vurub. Güləşçilərimiz bu yarışlarda biri qızıl, üçü gümüş və dördü bürünc olmaqla ümumilikdə səkkiz medal qazanıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Bu yarışlarda İrana yeganə qızıl medalı 57 kiloqram çəki dərəcəsində Məhəmməd Siyavuşi qazandırıb.

Həmid Rza Kənani 86, Məhəmməd Rəsul Qəmərpur 97 və Əlıi Şəkibazadə 125 kiloqram çəki dərəcələrində gümüş medal almağa müvəffəq olublar.

Bürünc medalları isə Keyvan Rüstəmabadi, Forud Höccəti, Hüseyn Nuri və Möhsün Mənuçehr müvafiq olaraq, 65, 70, 74 və 92 kiloqram çəki dərəcələrində İran komandasına töhfə veriblər.

Eşitmə qabliyyəti olmayan idmançıların 24-cü olimpiya oyunları səksən ölkədən dörd mindən çox idmançının iştirakı ilə mayın birindən on beşinədək Braziliyanın Kaşias-du-Sul şəhərində keçirilir.

 

Teqlər