«Real» Avropa Çempionlar Liqasının qalibi oldu
May 29, 2022 04:31 Asia/Baku
UEFA Çempionlar Liqasının finalında «Liverpul» klubunu məğlub edən Madridin «Real» futbol klubu liqanın çempionu olub.
SəhərAzəri-nin məlumatına əsasən, «Real» Madrid və «Liverpul» futbol klubları bazar gününün səhər saatlarında UEFA Çempionlar Liqasının finalında Parisdə yerləşən «Stad de Frans» stadionunda qarşılaşıblar.
Görüş bir-sıfır hesabı ilə «Real»ın xeyrinə qurtarıb. Yeganə qolu oyunun 59-cu dəqiqəsində Vinisius Junior «Liverpul»un qapısına vurub.
Beləliklə, UEFA Çempionlar Liqasının finalında on yeddinci dəfə iştirak edən «Real» Madrid, on dördüncü dəfə liqanın çempionu olmağı bacarıb.