İranlı “tay boks”çular 18 beynəlxalq medal qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i389775-İranlı_tay_boks_çular_18_beynəlxalq_medal_qazanıblar
İranın “muay tay” və ya “tay boks” komandası əmirliklərin Əbu-Dəbi şəhərində keçirilən beynəlxalq yarışlarda 18 medalla işini başa vurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2022 11:10 Asia/Baku
  • İranlı “tay boks”çular 18 beynəlxalq medal qazanıblar
    İranlı “tay boks”çular 18 beynəlxalq medal qazanıblar

İranın “muay tay” və ya “tay boks” komandası əmirliklərin Əbu-Dəbi şəhərində keçirilən beynəlxalq yarışlarda 18 medalla işini başa vurub.

Bu yarışlarda iki qızıl, dörd gümüş və on iki bürünc medal əldə edən İranın “muay tay” komandası dünya səviyyəsində onuncu pillədə durub.

Yarışların yekun sıralamasında və kişilər və qadınlar bölmələrinin ümumi nəticəsində Tailand çempion olub, əmirliklər ikinci, Mərakeş isə üçüncü yerlərdə durublar.

İran komandası Fransa və ABŞ kimi komandalardan yuxarıda- sıralama cədvəlinin onuncu pilləsində qərarlaşıb.