Ulduzlara bir addım daha yaxın
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i390598-ulduzlara_bir_addım_daha_yaxın
Dünyanın ən iri teleskopu olacağı gözlənilən nəhəng teleskop Çilinin şimalında yerləşən Atakama səhrasındakı “Serro Armasones” dağının yüksəkliklərində quraşdırılmaqdadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2022 08:33 Asia/Baku
  • Ulduzlara bir addım daha yaxın

Dünyanın ən iri teleskopu olacağı gözlənilən nəhəng teleskop Çilinin şimalında yerləşən Atakama səhrasındakı “Serro Armasones” dağının yüksəkliklərində quraşdırılmaqdadır.

SəhərAzəri-nin məlumatına əsasən, Dünyanın ən iri teleskopu və indiyədək astronomiya üçün düzəldilmiş ən güclü göz, bu elmə yeni pəncərə açmaq üçün yavaş-yavaş Çilinin şimalındakı bir məkandan hazırlaşır.

"Səmada göz" adlandırılan bu superteleskop 2027-ci ildən etibarən, çox yüksək müşahidə qüdrəti əldə edəcək.

Teleskop hal-hazırda Çilidəki Atakama səhrasından səmanı müşahidə etməkdədir. Təxminən beş ildən sonra onun gücü beş min dəfə artacaq. Bu müşahidə qüdrəti teleskopa kainatın sirlərini açmaq və astronomiyanın cavabsız qalan suallarını cavablandırmaq imkanı verəcək.