Yer qabığının 4 milyard illik parçası aşkar edilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i391030-yer_qabığının_4_milyard_illik_parçası_aşkar_edilib
Alimlər yeni lazer texnologiyasından istifadə edərək, Avstraliyada Yer qabığının 4 milyard illik parçasını aşkar ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2022 17:02 Asia/Baku
  • Yer qabığı
    Yer qabığı

Alimlər yeni lazer texnologiyasından istifadə edərək, Avstraliyada Yer qabığının 4 milyard illik parçasını aşkar ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Alimlər heç bir qazma işi aparmadan, insan saçından daha kiçik super incə lazerlər vurmaqla Avstraliyada Yer səthinin altında İrlandiya ölçüsündə 4 milyard illik Yer qabığının parçasını aşkar ediblər. 

Geoloqlar həmçinin hesab edirlər ki, bu parçanın tədqiqi planetimizin necə yaşayış üçün yararsız yerdən həyatla dolu bir diyara çevrildiyi barədə ipucu verə bilər.

Avstraliyadakı Curtin Universitetindən geoloq Milo Bərham deyir: "Nəzərə almalıyıq ki, 4 milyard il əvvəl Yer kürəsinin əsas qabığında əhəmiyyətli bir dəyişiklik baş verib, Yerin orijinal qabığından çox şey qalmayıb. Qədim yer qabığının qalıqlarının tədqiqi uzaq keçmişə bir pəncərə açır ki, bizə əhəmiyyətli məlumat verir. Bu məlumatlar digər planetlərin və onların ilk qabığının necə əmələ gəldiyini, və hətta onlarda həyatın necə yarana biləcəyini axtaran elm adamlarına kömək edə bilər".