İran komandası beynəlxalq biologiya olimpiadasında 4 qızıl medalla birinci olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i391270-İran_komandası_beynəlxalq_biologiya_olimpiadasında_4_qızıl_medalla_birinci_olub
İranın biologiya üzrə milli olimpiada komandası 33-cü Beynəlxalq Biologiya Olimpiadasında dörd qızıl medal qazanaraq yarışda birinci yeri tutub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 18, 2022 09:13 Asia/Baku
  • biologiya olimpiadası
    biologiya olimpiadası

İranın biologiya üzrə milli olimpiada komandası 33-cü Beynəlxalq Biologiya Olimpiadasında dörd qızıl medal qazanaraq yarışda birinci yeri tutub.

SəhərAzəri-nin məlumatına əsasən, İranın dörd nəfərdən ibarət komandasını formalaşdıran Mehdi Əfşari, Əmirrza Zeynali, Məhəmməd Əmin Kiani və Məhəmməd Mehdi Rəhimpur qlobal elmi turnirdə dörd qızıl medal qazanaraq, İranın son 23 ildə Beynəlxalq Biologiya Olimpiadasında ən yaxşı nəticəsini əldə ediblər.

Builki Beynəlxalq Biologiya Olimpiadası Ermənistanda keçirilib və müsabiqədə 65 ölkə təmsil olunub. 

İran komandası birinci yeri Rusiya komandası ilə bölüşüb.