İranlı alim kimya üzrə dünyanın ən yaxşı gənc alimi mükafatını qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392845-İranlı_alim_kimya_üzrə_dünyanın_ən_yaxşı_gənc_alimi_mükafatını_qazanıb
İranlı alim Beynəlxalq Chemometrics Konfransında dünyanın ən yaxşı gənc alim mükafatını qazanıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 05, 2022 13:24 Asia/Baku
  • İranlı alim kimya üzrə dünyanın ən yaxşı gənc alimi mükafatını qazanıb

İranlı alim Beynəlxalq Chemometrics Konfransında dünyanın ən yaxşı gənc alim mükafatını qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Tehranın Şərif Sənaye Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, İtaliyada keçirilən Analitik Kimya üzrə 18-ci Beynəlxalq Chemometrics Konfransında Şərif Sənaye Universitetinin kimya fakultəsinin professoru Hadi Pərəstar Şəhri "CHEMOLAB 2022" mükafatını qazanıb. 

Mükafat iki ildən bir, son 5 ildə kimyometrikanın inkişafına mühüm töhfə vermiş 40 yaşından kiçik uğurlu və görkəmli tədqiqatçıya verilir.

Keyfiyyətli məqalələrin nəşri, dünyanın digər kimyometrik qrupları ilə beynəlxalq qarşılıqlı əlaqə, dünya kimyometrik elmi toplantılarında iştirak və çıxışlar, beynəlxalq jurnallar üçün məqalələrə hakimlik etmək bu mükafatı almaq üçün ən yaxşı tədqiqatçının seçilməsində mühüm göstəricilərdəndir.