Levandovski Ronaldonun rekordunu qırıb
"Barselona"nın qol vuran maşını Robert Levandovski La Liqada "Real"ın əfsanəsi Kriştiano Ronaldonun rekordunu sındırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Dünən gecə İspaniya La Liqasının beşinci həftəsi çərçivəsində “Barselona” “Kadis”lə görüşüb. Oyun dörd-sıfır hesabı ilə “Barselona”nın xeyrinə qurtarıb.
Levandovski La Liqada bir daha qol vurub və Ronaldonun "Real" ilə İspaniya Preymyer Liqasındakı rekordunu sındırıbdır.
Belə ki, Ronaldo La Liqada "Real" ilə keçirdiyi ilk beş oyunda beş qol vurmuş və bu cəhətdən rekordçu olmuşdu, amma Levandovski portuqaliyalı ulduzun bu rekordunu sındırıbdır.
Polşalı ulduz La Liqada "Barselona" ilə beş oyunda altı qol vurub, iki qol ötürməsi edibdir.
Levandovskinin La Liqanın beş oyununda səkkiz qol təsiri, onu İspaniya Preymyer Liqasının ən təsirli oyunçusuna da çeviribdir.