Yuxusuzluğun insanların ictimai rəftarlarına mənfi təsiri
-
Yuxusuzlu
“Berkli Kaliforniya Universiteti”nin alimləri tərəfindən aparılmış yeni bir araşdırma göstərir ki, yuxusuzluq, sivil cəmiyyətin əsaslarından biri olan “başqalarına kömək etmə”yə təsir edir.
SəhərAzəri-nin məlumatına əsasən, Ürək-damar, depressiya, diabet və yüksək qan təzyiqi xəstəliklərinə mübtəlaolma və ölüm təhlükəsinin artması, yuxusuzluğun tanınmış təsirləridir. Amma yeni araşdırmalar göstərir ki, bu amil həmçinin bizim ibtidai ictimai vicdanımızı pozur və insan yekdilliyi və səxavətliliyi hissini təsir altına almaqla, daha, başqalarına kömək etmək meylinə malik olmamağımıza bais olur.
Bu tədqiqat habelə göstərir ki, yuxusuzluq nəinki insanların sağlamlıqlarına ziyan vurur, həm də insanlar arasındakı sosial rəftarları da azaldır. Bundan başqa, yuxusuzluq insan cəmiyyətinin quruluşunu da dağıdır. Belə görünür ki, bizim bir ictimai növ kimi fəaliyyət tərzimiz dərin şəkildə yuxumuzun miqdarından asılıdır.
Yuxudan məhrum olmaq, insanları sosial uzaqlaşmaya və təcrid olmaya məcbur edir və yuxusuz şəxslər başqaları ilə rəftar zamanı bir virus kimi öz tənhalıqlarını onlara ötürürlər. Əslində yuxu çatışmazlığı insanın tamamilə qeyri-ictimai, yardım edən şəxsin nöqteyi-nəzərindən isə anti-sosial bir şəxsə çevrilməsinə gətirib çıxarır ki, bunun da bir ictimai növ kimi bizim həyat tərzimizdə xeyli sayda mənfi nəticələri olur.