Okt 19, 2022 12:20 Asia/Baku
  • İranlı gənc yunan-roma güləşçiləri 2 qızıl və 1 bürünc medal qazanıblar

İran nümayəndələri yunan-roma güləşi üzrə iyirmi üç yaşadək dünya çempionatının ilk beş çəki dərəcəsi üzrə yarışlarında iki qızıl və bir bürünc medal qazanıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Yarışlar oktyabrın 17 və 18-də İspaniyanın Pontevedra şəhərində keçirilib.

Əlli beş kiloqram çəki dərəcəsində Puya Dadmərz final görüşündə Azərbaycan Respublikasından olan gənclər arasında dünya çempionu Nihad Quluzadəni beş-bir hesabı ilə məğlub edib və qızıl medala nail olub.

Altmış üç kiloqram çəki dərəcəsində İman Məhəmmədi gürcüstanlı Georgi Şutadze üzərində səkkiz-sıfır hesablı qalibiyyətlə qızıl medala sahib çıxıb.

Həmçinin yüz otuz kiloqram çəkidə Azərbaycan Respublikasından olan Sərxan Məmmədova on-bir hesabı ilə üstün gələn Əli Əkbər Yusifi bürünc medal qazanıb.

 

Teqlər