İranın gənc yunan-roma güləşçiləri dünya çempionu oldu
İran nümayəndələri yunan-roma güləşi üzrə iyirmi üç yaşadək dünya çempionatında üç qızıl və üç bürünc medalla birinci olublar.
SəhərAzəri-nin məlumatına əsasən, oktyabrın 17-dən İspaniyada başlayan 23 yaşadək güləşçilər arasında yunan-roma güləşi üzrə dünya çempionatı dünən ikinci beş çəki dərəcəsinin final və sıralama yarışlarının keçirilməsi ilə sona çatıb.
İran 55 kiloqram çəki dərəcəsində Puya Dadmərz, 63 kiloqram çəki dərəcəsində İman Məhəmmədi və 67 kiloqram çəki dərəcəsində Seyid Danyal Söhrabinin qazandığı üç qızıl medal, həmçinin 72 kiloqram çəki dərəcəsində Əmir Əbdi, 130 kiloqram çəki dərəcəsində Əli Əkbər Yusifi və 97 kiloqram çəki dərəcəsində Əli Abedi Dərzinin qazandığı üç bürünc medalla dünya birincisi olub.
Gürcüstan 101 xalla ikinci, Türkiyə isə 93 xalla üçüncü yeri tutub.