İranın çimərlik futbolu millisi Paraqvay yığmasına qətiyyətlə qalib gəlib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i394658-İranın_çimərlik_futbolu_millisi_paraqvay_yığmasına_qətiyyətlə_qalib_gəlib
İranın çimərlik futbolu komandası bu idman növü üzrə qitələrarası kubok yarışlarının qrup mərhələsinin ilk günündə Paraqvay yığmasını altı-iki hesabı ilə məğlub etməyə müvəffəq olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2022 10:16 Asia/Baku
  • İranın çimərlik futbolu millisi Paraqvay yığmasına qətiyyətlə qalib gəlib

İranın çimərlik futbolu komandası bu idman növü üzrə qitələrarası kubok yarışlarının qrup mərhələsinin ilk günündə Paraqvay yığmasını altı-iki hesabı ilə məğlub etməyə müvəffəq olub.

SəhərAzəri-nin məlumatına əsasən, İranın çimərlik futbolu millisi qitələrarası kubok yarışlarında çempionluğa real namizədlərdən biri sayılır.

İranın çimərlik futbolu komandası bu yarışlardakı ikinci oyununda bu gün Bakı vaxtı ilə axşam saat səkkizdə Amerika yığması ilə qarşılaşacaq.

Çimərlik futbolu üzrə qitələrarası kubok yarışları səkkiz komandanın iştirakı ilə iki qrupda əmirliklərin Dubay şəhərində keçirilir.

Əmirliklər, İspaniya, Braziliya, Ərəbistan, İran, Amerika, Paraqvay və Yaponiya komandaları bu yarışlarda iştirak edirlər.

İran yığması yarışların ikinci qrupunda Yaponiya, Paraqvay və Amerika ilə eyni qrupdadır.