Azərbaycan Respublikası İranın rəqibi oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i394790-azərbaycan_respublikası_İranın_rəqibi_oldu
Yunan-Roma güləşi üzrə 2022-ci il Dünya Kuboku yarışlarının final görüşü İran və Azərbaycan Respublikası komandaları arasında keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2022 10:36 Asia/Baku
  • Azərbaycan Respublikası İranın rəqibi oldu

Yunan-Roma güləşi üzrə 2022-ci il Dünya Kuboku yarışlarının final görüşü İran və Azərbaycan Respublikası komandaları arasında keçiriləcək.

SəhərAzəri-nin məlumatına əsasən, Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarında A qrupunda Türkiyə və Qırğızıstan yığmalarını müvafiq olaraq, altı-dörd və səkkiz-iki hesabları illə inamla məğlub edən İran millisi finala yüksəlib.

B qrupunun görüşləri isə Azərbaycan Respublikası komandası ilə dünya ulduzları seçməsi arasında keçirilib. Görüş beş-beş hesabı ilə heç-heçə başa çatıb. Azərbaycan Respublikası komandası yalnız on doqquz müsbət xal qarşılığında iyirmi iki müsbət xal hesabına, finala çıxa bilib.

Onu da qeyd edək ki, öz qrupunda bəxti gətirən Azərbaycan Respublikası komandası asanlıqla finala vəsiqə qazanıb. Belə ki, Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.

Final görüşü bu gün Bakı vaxtı ilə saat on səkkiz-otuz dəqiqədə İran və Azərbaycan Respublikası komandaları arasında keçiriləcək.