Mehdi Taremi Qətər mundialının ən təhlükəli 6 hücumçusu sırasındadır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i394837-mehdi_taremi_qətər_mundialının_ən_təhlükəli_6_hücumçusu_sırasındadır
Asiya Futbol Konfederasiyası iranlı ulduz "Mehdi Taremi"ni 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak edən Asiya yığmaları arasında ən təhlükəli 6 hücumçu sırasına daxil edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2022 16:59 Asia/Baku
  • Mehdi Taremi Qətər mundialının ən təhlükəli 6 hücumçusu sırasındadır

Asiya Futbol Konfederasiyası iranlı ulduz "Mehdi Taremi"ni 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak edən Asiya yığmaları arasında ən təhlükəli 6 hücumçu sırasına daxil edib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın futbol üzrə milli komandası iki həftədən az bir müddətdən sonra Qətərdə keçiriləcək dünya çempionatında B qrupunda İngiltərə, Amerika və Uels komandaları ilə rəqabət aparacaq. 

Karlos Keyruşun yetirmələri ilk oyununu noyabrın 21-də Xəlifə Beynəlxalq Stadionunda İngiltərə ilə keçirəcək.

Bu istiqamətdə Asiya Futbol Konfederasiyası 2022-ci il Dünya Çempionatında iştirak edən Asiya komandalarının ən təhlükəli 6 hücumçunun şəkillərini özündə əks etdirən plakat dərc edib və oxuculara hansı hücumçunun komandasını növbəti mərhələyə yüksəldə biləcəyi ilə bağlı sual verib. 

AFC Portuqaliya klubunun bombardiri Mehdi Taremini bu yarışlarda İran millisinin ən təhlükəli hücumçu kimi seçib və onun çıxışını yüksək qiymətləndirib.

Maraqlıdır ki, Mehdi Tarmi bu mövsüm UEFA Çempionlar Liqasında "Porto"nun heyətində 5 qol vurub və bombardirlər siyahısında Paris Sen-Jermen-in oyunçusu, argentinalı Lionel Messidən əvvəl üçüncü yerdədir.