İranlı qadın xizəkçi dünya çempionatının finalında
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i397650-İranlı_qadın_xizəkçi_dünya_çempionatının_finalında
İranın xizəksürmə üzrə qadın nümayəndəsi bu idman növü üzrə dünya çempionatı yarışlarının ilkin mərhələsində səkkizinci yerdə durmaqla finala vəsiqə qazanıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 23, 2023 15:56 Asia/Baku
  • İranlı qadın xizəkçi dünya çempionatının finalında

İranın xizəksürmə üzrə qadın nümayəndəsi bu idman növü üzrə dünya çempionatı yarışlarının ilkin mərhələsində səkkizinci yerdə durmaqla finala vəsiqə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən,Sözügedən etap dünən keçirilib və iranlı olimpiya idmançısı Səmanə Bayrami-Bahər final yarışmasında iştirak imkanı əldə edib.

İran xizəksürmə tarixində ilk dəfədir ki, bir qadın idmançı xizəksürmə üzrə dünya çempionatının yekun mərhələsinə vəsiqə alır.

Qırx nəfərin iştirak etdiyi sözügedən mərhələdə Fərnuş Şimşəki on səkkiz, Atifə Salehi iyirmi, Sahil Tir isə iyirmi birinci yerlərdə qərarlaşıblar.

Xizəksürmə üzrə dünya çempionatı Sloveniyada keçirilməkdədir. İran komandası dörd qadın və dörd kişi idmançı ilə yarışlarda iştirak edir.