Çempionlar Liqası: Çelsi və Benfika 1/4 finala vəsiqə qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i398002-Çempionlar_liqası_Çelsi_və_benfika_1_4_finala_vəsiqə_qazanıblar
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində "Çelsi" və "Benfika" rəqiblərini məğlub edərək, növbəti mərhələyə adlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2023 09:21 Asia/Baku
  • Çempionlar Liqası: Çelsi və Benfika 1/4 finala vəsiqə qazanıblar

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində "Çelsi" və "Benfika" rəqiblərini məğlub edərək, növbəti mərhələyə adlayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarında "Çelsi" "Stemford Bric" stadionunda "Dortmund" klubu ilə qarşılaşıb və 2-0 hesablı qələbə qazanaraq, ümumilikdə 2-1 hesabı ilə növbəti mərhələyə adlayıb.

İlk oyunda Brügge-yə iki cavabsız qolla qalib gələn Benfika, "Da Luz" stadionunda şedevr edib və 5-1 hesablı qələbə qazanaraq, cəmi 7-1 hesabı ilə son 8 komandanın tərkibinə qatılıb.