Messi Ərəbistanda məskunlaşmaq qərarına gəlib
Argentinalı superstar tezliklə Ərəbistana yola düşəcək.
SəhərAzəri-nin məlumatına əsasən, «Pari Sen-Jermen»in bir daha Avropa Çempionlar Liqasında uğursuz qalması bu dəfə Lionel Messini Parisdən çıxmaqda daha da əzmkar edibdir.
İnformasiya mənbələrinin bildirdiklərinə görə, Messi Ərəbistanda məskunlaşmanın detallarını araşdırmaq və şəxsi mənzil tədarük etmək məqsədilə tezliklə Ərriyada yola düşəcək. Messinin Ərriyad şəhərindəki bir futbol klubu ilə müzakirələri davam edir.
Deyilənlərə görə, «Əlhilal» klubu «Ənnəsr» klubunun oyunçusu Ronaldonun qarşısında oynatmaq üçün iki ay bundan öncədən ciddi surətdə Messini cəzb etmək ardıncadır.
Üç ay bundan öncə ildə iki yüz milyon avroluq astronomik müqavilə ilə «Ənnəsr» klubu ilə müqavilə bağlayan Ronaldo tarixin ən bahalı oyunçusuna çevrilib.
Əlbəttə, «Əlhilal» klubu Messiyə «Ənnəsr»dən daha yüksək məğləb təklif edib. Məlumatlara görə, Ərəbistana köçürüləcəyi təqdirdə, Leo-nun illik gəliri, ildə dörd yüz əlli milyon dollar olacaq.