Mart 15, 2023 15:58 Asia/Baku
  • UEFA Çempionlar Liqasında Haalandın tarixi gecəsi

"Mançester Siti"nin norveçli hücumçusu Çempionlar Liqası tarixində bir oyunda 5 qol vuran üçüncü futbolçu oluB.

SəhərAzəri-nin məlumatına əsasən, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" "Leyptsiq"ə  yeddi qolla qalib gəlib. "Mançester Siti" ilk oyunda 1-1 hesablı heç-heçə etdiyinə görə 1/4 finala yüksəlib.

Oyunun ulduzu Erlinq Haaland olub. O, tarixi gecəyə imza atıb və oynadığı 63 dəqiqə ərzində 5 qol vurmağı bacarıb.

Haaland Avropa Çempionlar Liqasında bir oyunda 5 qol vurmağı bacaran üçüncü oyunçu olub. 

Haaland ilk hissədə het-trik edib, ikinci hissədə isə daha iki qol vurub və özü və komanda yoldaşları üçün tarixi və unudulmaz bir gecə yaradıb.

Haaland, həmçinin Çempionlar Liqasında 30-dan çox qol vurmağı bacaran ən gənc futbolçu olub. O, buna 22 yaş 236 günlüyündə nail olub.