Mart 24, 2023 23:31 Asia/Baku
  • İranın vaterpolo komandası Asiya çempionatının növbəti etapına yüksəlib

İranın kişilərdən ibarət vaterpolo komandası bu gün Asiya çempionatı yarışlarının ilkin mərhələsinin üçüncü və sonuncu görüşündə Filippin yığmasını iyirmi beş - beş hesabı ilə məğlub edib.

SəhərAzəri-nin məlumatına əsasən, Komandımız beləliklə yarış cədvəlinin birincisi kimi çempionatın növbəti etapına yüksəlib.

Vaterpolo üzrə Asiya çempionatı martın iyirmi ikisindən iyirmi səkkizinədək Sinqapurda keçirilir.

Yarışlarda ilk üç yeri tutacaq komandalar bu idman növü üzrə dünya çempionatında iştirak vəsiqəsi əldə edəcəklər.

 

Teqlər