Mart 27, 2023 15:34 Asia/Baku
  • İran Çimərlik Futbolu üzrə Asiya Millətlər Kubokunun qalibi olub

İranın çimərlik futbolu üzrə milli komandası Asiya Millətlər Kubokunun finalında Yaponiya yığmasını 6-0 hesabı ilə darmadağın edərək, üçüncü dəfə Asiya çempionu olub.

SəhərAzəri-nin məlumatına əsasən, Bu yarışlar 16 komandanın iştirakı ilə Taylandın Pattaya şəhərində keçirilib. Komandalar hər biri 4 komandadan ibarət olmaqla 4 qrupda mübarizə aparıblar və sonda 8 komanda 1/4 finala yüksəlib.  

İlk yerləri tutan 4 komanda yəni İran, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Yaponiya 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Çimərlik Futbolu üzrə Dünya Çempionatına vəsiqə qazanıb.

İran komandası bundan əvvəl qrup mərhələsində və ikinci qrupda Malayziya, Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri komandalarını məğlub edərək 9 xalla birinci olmuşdu. İran yığması yarımfinalda Bəhreyni 10-0, Omanı isə 6-0 hesabı ilə məğlub etməyi bacarıb.

Eyni zamanda İran millisinin kapitanı Müslüm Mesigər turnirin ən yaxşı oyunçusu, iranlı qapıçı Mehdi Mircəlili isə turnirin ən yaxşı qapıçısı seçilib.

 

Teqlər