İranlı hakimlər qadınların Asiya olimpiya oyunlarının seçmə yarışlarını idarə edəcəklər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i398638-İranlı_hakimlər_qadınların_asiya_olimpiya_oyunlarının_seçmə_yarışlarını_idarə_edəcəklər
Asiya futbol konfederasiyası iranlı hakimlər Məhnaz Zəkayi və Ənsiyyə Xəbbaz-Mafinejadın qadınların Asiya olimpiya oyunlarının seçmə yarışlarında hakimlik edəcəklərini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2023 14:26 Asia/Baku
  • İranlı hakimlər qadınların Asiya olimpiya oyunlarının seçmə yarışlarını idarə edəcəklər

Asiya futbol konfederasiyası iranlı hakimlər Məhnaz Zəkayi və Ənsiyyə Xəbbaz-Mafinejadın qadınların Asiya olimpiya oyunlarının seçmə yarışlarında hakimlik edəcəklərini bildirib.

Bu yarışların E qrupundakı ilkin mərhələsi aprelin beşindən on birinədək Tacikistanda keçiriləcək.

Asiya futbol konfederasiyasının qərarı əsasında Məhnaz Zəkayi yarışlarda əsas hakim, Ənsiyyə Xəbbaz-Mafinejad isə yan hakim kimi oyunları idarə edəcəklər.

Həmçinin Hamed Momeni yarışların nümayəndəsi kimi iştirak edəcək.

İranın qadınlardan ibarət milli futbol komandası B qrupunda Myanma, Banqladeş və Maldiv komandaları ilə bir qrupdadır.