Ərəbistan futbol federasiyası İranın çimərlik futbolunun çempionluğunu təbrik edib
Ərəbistan futbol federasiyasının sədri İranın çimərlik futbolu komandasının qalibiyyəti münasibətilə təbrik müraciəti yayıb.
Yasir Əlməshəl İran futbol federasiyasının sədri Mehdi Taca ünvanladığı məktubda İranın çimərlik futbolu komandasının Tailandda keçirilən 2023-cü il futbol üzrə Asiya kuboku yarışlarının birinciliyini əldə etməsini təbrik edib.
Məktubda deyilir:
FİFA-nın Ruandanın paytaxtı Kiqali şəhərində keçirilən qurultayında sizinlə olmuş görüşümüz olduqca sevindirici idi.
İranın çimərlik futbolu komandasının 2023-cü il futbol üzrə Asiya kuboku yarışlarının birinciliyini qazanması münasibətilə sizi və sizin federasiyanı təbrik etmək istəyirəm.
Bu üçüncü çempionluq,/ sizin federasiyanın çimərlik futbolunun inkişaf etdirilməsi sahəsindəki səyi, fədakarlığı və öhdəliyini daha artıq nümayiş etdirir.
Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək çimərlik futbolu üzrə dünya çempionatında sizə uğurlar diləyirik.