Asiya Ağır Atletika Çempionatında iki bürünc medal qazanıb
May 08, 2023 17:30 Asia/Baku
Cənubi Koreyada keçirilən ağır atletika üzrə Asiya çempionatında 64 kq çəki dərəcəsində iranlı qadın ağırlıqqaldıran Fatimeh Keşavərz iki bürünc medal qazanıb.
Fatimeh Keşavərz Asiya yarışlarında birdən qaldırmada 85 kq, təkanla qaldırmada 109 kq, ümumilikdə isə 194 kq çəki qaldıraraq, üçüncü yeri tutub.
Mayın 5-dən 13-dək Cənubi Koreyanın Cinju şəhərində ağır atletika üzrə Asiya çempionatı davam edir.
Qitə çempionatı 2022-ci il ağır atletika üzrə dünya çempionatından sonra Paris Olimpiya Oyunlarına ikinci təsnifat yarışıdır.
İran bu yarışlara 10 kişi və 5 qadın ağır atlet göndərib.