İranlı Əmuzad sərbəst güləş üzrə Beynəlxalq Güləş Federasiyasının reytinqinə başçılıq edir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i399729-İranlı_Əmuzad_sərbəst_güləş_üzrə_beynəlxalq_güləş_federasiyasının_reytinqinə_başçılıq_edir
Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası iranlı sərbəst güləşçi Rəhman Əmuzadın dünya reytinqində birinci olduğunu açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2023 14:02 Asia/Baku
  • İranlı Əmuzad sərbəst güləş üzrə Beynəlxalq Güləş Federasiyasının reytinqinə başçılıq edir

Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası iranlı sərbəst güləşçi Rəhman Əmuzadın dünya reytinqində birinci olduğunu açıqlayıb.

Beynəlxalq Güləş Federasiyasının məlumatına əsasən, 65 kq çəki dərəcəsində mübarizə aparan Rəhman Əmuzad dünya reytinqində birinci, Kamran Qasempur isə 92 kq çəki dərəcəsində ikinci yerdə qərarlaşıb.

Reza Ətri, Həsən Yəzdani və Əmir Hüseyn Zare müvafiq olaraq 61 kq, 86 kq və 125 kq çəki dərəcələrində üçüncü yeri tutublar.

Həmçinin, Yunis Emami və Məhəmməd Noxodi 74 və 79 kq çəki dərəcələrində dördüncü yeri tutublar.