İranın qadın xokkey komandası Asiyada ikinci olub
May 08, 2023 20:24 Asia/Baku
İranın qadınlardan ibarət milli xokkey komandası Taylandda keçirilən Buzda Xokkey üzrə Asiya Çempionatında ikinci olub.
İranlı qadın buzüstü xokkeyçilər dünən böyüklər arasında Asiya çempionatında son görüşlərində Taylanda 3-1 hesabı ilə məğlub olaraq, ilk dəfə Asiya qitəsinin ikincisi olublar.
İranlı qadın idmançılar Hindistan, Küveyt, Qırğızıstan, BƏƏ və Sinqapuru məğlub edərək ilk dəfə Asiya çempionatının finalına yüksələ biliblər və finalda məğlub olaraq, bu yarışların gümüş medalını qazanıblar.
.