May 28, 2023 20:53 Asia/Baku
  • Portyqaliya Liqası:

Portuqaliya Premyer Liqasının son həftəsində "Portu" komandası rəqibinə qalib gəlib və liqanın ikincisi olub.

SəhərAzəri-nin məlumatına əsasən, Portuqaliya Premyer Liqasının son həftəsində "Draqao" stadionunda "Portu" "Vitoriya Quimaraeş" ilə qarşılaşdı və iranlı hücumçusunun möhtəşəm çıxışı sayəsində 3:0 hesablı qələbə qazandı.

Mehdi Taremi bu oyunda 90 dəqiqə meydanda oldu. O, həm qol vurdu, həm də assist etdi və çox yaxşı performans göstərdi.

İranlı forvard Mehdi Taremi Portuqaliya liqasının bombardiri adını da qazandı.

"Portu" komandası isə 85 xalla liqanın ikincisi oldu.

"Benfika" son matç günündə "Santa Klara" üzərində 3:0 hesablı qələbəsi və 87 xal toplamaqla kubokun qalibi oldu.

"Benfika" 4 mövsümdən sonra yenidən Portuqaliya liqasının fatihi oldu. Bu çempionluq "Benfika"nın 38-ci çempionluğudur. Bu komanda Portuqaliyanın ən fəxrli komandasıdır. "Portu" 30 çempionluqla ikinci yerdədir.

 

Teqlər