İyun 15, 2023 17:44 Asia/Baku
  • Moqimi tennis üzrə beynəlxalq yarışların səkkizdə bir finalına yüksəlib

Öz amerikalı rəqibini məğlub edən İran nümayəndəsi tennis üzrə beynəlxalq yarışların səkkizdə bir finalına yüksəlib.

Öz amerikalı rəqibini məğlub edən İran nümayəndəsi tennis üzrə beynəlxalq yarışların səkkizdə bir finalına yüksəlib.

Sina Moqimi beynəlxalq yarışların ilk həftəsinin ikinci yerdə gedən tennisçisinə qalib gəlməklə yarışların on altı idmançısı sırasına qoşulub.

İranın təşkilatçılığı ilə Tehranda yerləşən “İnqilab” idman kompleksinin tennis kortlarında keçirilən kişilərin tennis üzrə beynəlxalq turnirinin ikinci həftəsinin davamında bu gün Sina Moqimi amerikalı Aleksandr Staterə qalib gəlib.

Aleksandr Stater beynəlxalq turnirin ilk həftəsində yarışların finalına vəsiqə qazanıb, amma üç saatdan çox sürən mübarizədə Lorenso Buççiyə məğlub olub.

Sözügedən on beş min dollarlıq tennis yarışlarının ikinci həftəsi iyunun on səkkizində birincidən üçüncüyədək olan yerləri tutan tennisçilərin təqdim olunması ilə başa çatacaq