İran güləşçiləri Türkiyə yarışlarında yenə uğur qazanıblar
İyun 25, 2023 15:32 Asia/Baku
Türkiyədə keçirilən sərbəst güləş üzrə “Yaşar Doğu” kuboku uğrunda beynəlxalq yarışlarda üç çəki dərəcəsi üzrə görüşlər təşkil edilib.
İstanbulda keçirilən yarışlarda İranın gənclərdən ibarət seçmə komandası üçüncü qızıl və bir bürünc medal qazanıb.“Yaşar Doğu” kuboku uğrunda beynəlxalq yarışların ikinci gününün görüşlərinin sonunda iranlı sərbəst güləşçi Məhəmməd-Mobin Əzimi doxsan iki kiloqram çəki dərəcəsində qızıl, Hüseyn Məhəmməd-Ağayi isə yetmiş dörd kiloqramda bürünc medal əldə ediblər.Sözügedən yarışların ilk gününün görüşləri dörd çəki dərəcəsində keçirilməklə sona yetib. Iran nümayəndələri həmin görüşlərdə iki qızıl və bir gümüş medal qazanıblar.