İranın qız taekvondoçuları Asiyanın zirvəsində dayandılar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i403245-İranın_qız_taekvondoçuları_asiyanın_zirvəsində_dayandılar
Yeniyetmələr arasında taekvondo üzrə 12-ci Asiya çempionatı bazar ertəsi iranlı qızların çempionluğu, iranlı oğlanlrın isə üçüncü yeri tutması ilə yekunlaşıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 05, 2023 13:08 Asia/Baku
  • İranın qız taekvondoçuları Asiyanın zirvəsində dayandılar

Yeniyetmələr arasında taekvondo üzrə 12-ci Asiya çempionatı bazar ertəsi iranlı qızların çempionluğu, iranlı oğlanlrın isə üçüncü yeri tutması ilə yekunlaşıb.

Livanın paytaxtı Beyrutdakı Nouhad Nofəl zalında keçirilən yeniyetmələr arasında taekvondo üzrə 12-ci Asiya çempionatında 26 ölkədən 285 taekvondoçu arasında 3 günlük yarışlardan sonra iranlı qızlar Asiyada birinci, iranlı oğlanlar isə 3-cü yeri tutublar.

İranın qızlardan ibarət 10 nəfərlik komandası 6 qızıl, 2 gümüş və 1 bürünc olmaqla 9 medal qazanıb və çempionluq kürsüsünə yüksəlib; Taylandın qadın komandası ikinci, Cənubi Koreya isə üçüncü yeri tutub.

İranlı oğlanlar da 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 6 medal qazanaraq, 3-cü yeri tutublar; Cənubi Koreya komandası çempion, Özbəkistan isə ikinci olub.