Taremi meydanın ən yaxşı oyunçusu seçilib
Sen 16, 2023 13:58 Asia/Baku
İran millisinin ulduzu "Portu"nun heyətində meydanın ən yaxşı futbolçusu olub.
Portuqaliya Liqasının beşinci turu çərçivəsində "Portu" klubu "Amadora" ilə qarşılaşıb və Mehdi Taremi bu oyunun ilk qolunu ən gözəl şəkildə vurmağı bacarıb və sonda, komandası bu yeganə qolla 3 dəyərli xalı qazanıb.
İranlı ulduz ötən həftə "Sportinq"in keçmiş oyunçusu tərəfindən təhqir olunmuşdu, lakin o, meydanda parlayaraq bu təhqirlərə ən yaxşı şəkildə cavab verdi.
Portuqaliyanın "GoalPoint" saytı bu oyunun texniki qiymətləndirilməsində "Portu"nun iranlı ulduzuna 10 xaldan 9 xal verib və beləliklə Mehdi Taremi meydanın ən yaxşı oyunçusu seçilib.