Yan 22, 2024 17:01 Asia/Baku
  • Asiya kuboku yarışları davam edir

Asiya kuboku yarışlarında birinci qrupun görüşlərinin üçüncü mərhələsində bu gün Qətər Çinlə, Livan isə Tacikistanla mübarizə aparacaqlar.

Çin komandası birinci görüşdə Tacikistanla heç-heçə etdi. Livan millisi isə Qətərə məğlub oldu. İkinci görüşdə isə Livan Çinlə heç-heçə etdi. Tacikistan isə sıfır-bir hesabı ilə Qətərə məğlub oldu.

Hər iki komanda Qətər-Çin matçının nəticəsinə göz dikib. Eyni zamanda, hər iki komanda növbəti mərhələyə çıxmaq üçün qələbə məqsədilə meydana çıxacaq.

Livan-Tacikistan görüşü bu gün Bakı vaxtı ilə axşam saat yeddidə Doha şəhərinin Casim bin Həməd stadionunda keçiriləcək.

 

Teqlər