Rusiya və İran arasında tarixi müqavilələrə qısa baxış
Rusiya və İran arasında Hərtərəfli Strateji Əməkdaşlıq Sazişinin bağlanması ərəfəsində Rusiya Federasiyası ilə İran arasında bağlanmış müqavilələrin tarixinə qısa xronoloji baxaq:
Gülüstan müqaviləsi (1813):
1804-1813-cü illər Rus-İran müharibəsindən sonra bağlanmışdır. Bu müqavilənin şərtlərinə görə İran indiki Azərbaycan torpaqlarını və Gürcüstanın şərq rayonlarını Rusiyaya verməli olur. Bu, Rusiya-İran münasibətlərində yeni dövrün başlanğıcı idi.
Türkmənçay müqaviləsi (1828):
Bu müqavilə 1826-1828-ci illər Rus-İran müharibəsinə son qoydu. İran İrəvan və Naxçıvan xanlıqlarını Rusiyaya verməli olur. Bu müqavilə Rusiyanın bölgədə hərbi-diplomatik mövcudluq hüququnu təmin edirdi.
Dostluq və Əməkdaşlıq Müqaviləsi (1921):
SSRİ ilə İran arasında imzalanmışdır. Bu müqavilə əməkdaşlıq və düşmənçilik etməmək ruhunu əks etdirirdi. Bu, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörməti təmin etdi.
Zəmanət və neytrallıq müqaviləsi (1927):
Bu müqaviləni bağlamaqla Sovet İttifaqı və İran sülh münasibətlərini saxlamaq və hər hansı hərbi münaqişədən qaçmaq niyyətlərini təsdiq etdilər.
Ticarət və Naviqasiya Müqaviləsi (1940):
Müqavilə iki ölkə arasında iqtisadi əlaqələri möhkəmləndirdi və İkinci Dünya Müharibəsi ərəfəsində ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq prinsiplərini təsbit etdi.
Göründüyü kimi, son 200 ildə imzalanmış bütün sənədlər İran və Rusiyanın tarixi əlqələrini göstərir. Tarix öz sözünü deyib, yazıb. Lakin indiki dövrümüzə baxdıqda regionda qütbləşən güclər heç də region ölkələri ilə dostluq və qardaşlıq yox, parçalanma və mənəm-mənəmlik ardınca qaçır.
Tarix özünü sübut edir ki, öz mədəni, dini, etnik kökünü tanımayan xalq və millətlər heç zaman milli kimliyini qoruya bilməmiş, özünü doğrulda bilməmişdir.Region ölkələrində regiondan kənar ünsürlər heç vaxt regionun xeyrinə çalışmayıb.