Təl-Əvivdə Sosial Xidmətlər Sektorunun işçiləri tətil aksiyasına başlayıblar
Fələstinin işğal olunmuş ərazilərində Sosial Xidmətlər Bölməsinin işçiləri Təl-Əviv şəhərində aksiya keçirərək, ümumi tətillərə başlayıblar.
SəhərAzəri İRİB-ə istinadla xəbər verir ki, Fələstinin işğal olunmuş ərazilərində Sosial Xidmətlər Bölməsinin işçiləri aksiya və ümumi tətilləri başlatmaq qərarını maaşların artırılması tələbləri ilə bağlı mübahisələrin və onlara qarşı zorakılıqların artması fonunda veriblər.
Daxili ərəb müəssisələrində, o cümlədən işğal olunmuş ərazilərin şimalında "Ümmül-Fəhm" bələdiyyəsinin Rifah və Sosial Xidmətlər İdarəsində çalışan Sosial Xidmətlər Sektorunun işçiləri də bu aksiyalara qoşulublar.
Sionist rejimin iqtisadi vəziyyətinin pisləşməsi, bu rejim rəsmilərinin yanlış idarəçiliyi və korrupsiyasının, həmçinin bu ekspansionist rejimin büdcəsinin böyük bir qismini militarist və hegemonçu siyasətlərə sərf etmələrinin nəticəsidir.
Tətillərin intensivləşməsi, sionist rejimin iqtisadi və ticarət mərkəzlərini tam iflic vəziyyətinin astanasına sürükləyəcəkdir.