İyul 12, 2020 18:52 Asia/Baku
  • Sionist rejimin fələstinli məhbuslara qarşı cinayəti

Fələstinli əsirlər və azadələrin işləri üzrə mərkəzin direktoru deyib ki, sionist rejimin zindanlar idarəsi fələstinli əsirləri qəsdən yoluxucu və öldürücü xəstəliklərə məruz qoyur.

SəhərAzəri xəbər verir, Fələstinli əsirlər və azadələrin işləri üzrə mərkəzin direktoru Qədri Əbubəkr sionist rejimin əsirliyində olan fələstinli əsrilər İmad Abdullah Şəqir və Osman İbrahim Yunisin ailələrilə görüşdə qeyd edib ki, sionist rejimin məhbəsləri və təcridxanalarında yüzlərlə əsir xəstədir.

Əbubəkr vurğulayıb: Sionist rejim məhbəslərindəki xəstə və yaralı əsirlərin haqqında tibbi səhlənkarlıq və diqqətsizlik üzrə qərəzli siyasət bu zindanlardakı vəziyyətin ağırlaşmasına bais olur.

Fələstinli əsirlər və azadələrin işləri üzrə mərkəzin direktoru həmçinin dünya ictimaiyyətindən istəyibdir ki, xüsusən koronaviruslu şəraitdə işğalçıların təhqirləri və kin-küdurətləri qarşısında fələstinli əsirləri himayə etsin və səhiyyə durumunun araşdırılması üçün sionist rejim məhbəslərinə tərəfsiz həkimlər göndərsin.

Sionist rejim məhbəslərində təqribən 4800 fələstinli əsir həbsdədir. Onların arasında 170 uşaq, 39 qadın və onlarla yaşlı insan görünür.

 

Teqlər