Sionist rejimin həbsxanalarına beynəlxalq tibbi qrupun göndərilməsi tələb olunub
Fələstinli əsirlər və əsirlikdən azad olunanların məsələləri üzrə heyət koronavirusun yayılması ilə əlaqədar Fələstinli məhbusların vəziyyətini araşdırmaq üçün sionist rejim həbsxanalarına beynəlxalq tibbi qrupun göndərilməsinə çağırıb.
SəhərAzəri xəbər verir, Fələstinli Əsirlərin İşlər İdarəsinin araşdırma və sənədləşdirmə şöbəsinin sədri Əbdul-Nasir Fərzanə bu gün bir bəyanat yayaraq, fələstinli əsirləri himayə etmək və sionist rejimin həbsxanalarında koronavirusun yayılması ilə əlaqədar onların sağlamlığını qorumaq üçün lazımi tədbirlərin görülməsi məqsədilə Fələstinin insan haqları və əsirlərin məsələləri ilə məşğul olan bütün tərəfləri sionist rejimə qarşı təzyiq rıçaqları və vasitələrdən istifadə etməyə çağırıb.
Fərzanə vurğulayıb: "Fələstinli əsirlər himayə edilməlidirlər və bunun üçün ciddi və konstruktiv tədbirlər görülməlidir və bununla bağlı bütün tərəflər məsuliyyət daşıyırlar".
Fərzanənin sözlərinə görə, koronavirus sionist regimin həbsxanalarında da yayılıbdır və bir fələstinli əsirin bu virusa yoluxması da təsdiqlənib və bu məsələ əsirlərin vəziyyəti ilə bağlı qorxu və narahatlıqları artırır.
Fərzanə qeyd edib ki, sionist rejim fələstinli qadın, uşaq və xəstə əsirlərin azad edilməsi ilə bağlı bütün yerli və beynəlxalq hüquq orqanlarının müraciətlərinə rəğmən, hələ də onları azad etməkdən imtina edir.